ABŞ-da güclü YANĞIN - 22 nəfər yaralanıb


14:03     20 May 2018 2018/05/AA1C98BF-53FB-47B4-901E-B6632CB43E0F_1526796744.jpeg

ABŞ-ın Texas ştatında yerləşən “Kuraray America” zavodunda güclü yanğın olub.



Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yanğın artıq söndürülüb. Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala əsasən, yanğına polietilenin sızması səbəb olub.

Femida.az

Açar sözlər: ABŞ   Yanğın  

Oxunub: 717