“Kapital Bank”a basqın olub - Tutulan var
19:50 20 May 2018
Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub.
Femida.az xəbər verir ki, mayın 19-da gecə saat 01:22 radələrində “Kapital Bank” ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən “Binəqədi” filialından polisə həyəcan siqnalı daxil olub.
Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir. Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.
Oxunub: 2687
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib