Rusiya ultramüasir silahını İrəvana verir


22:55     20 May 2018 18_05_20_1526826013.jpg

Rusiya yaxın vaxtlarda Ermənistan Silahlı Qüvvələrinə "Tor" zenit raket komplekslərini təhvil verəcək.


Femida.az bildirir ki, bu barədə Ermənistanın Birinci kanalı Müdafiə Nazirliyində olan mənbəyə istinadla xəbər yayıb.

"Bir neçə aydan sonra "Tor" zenit raket kompleksləri hava hücumundan müdafiə vasitələri arasında xüsusi yer tutacaq", - telekanaldan bildirilib.

"Tor" sistemi avtomatik rejimdə, hətta şəxsi heyətin iştirakı olmadan belə istənilən spektr üzrə hücumdan, o cümlədən yüksəkdəqiqlikli raketlərdən müdafiə olunmağa imkan verən ultramüasir zenit raket kompleksidir", -sistemin hərbi imkanlarını qiymətləndirən Ermənistanın Hava Hücumundan Müdafiə qoşunlarının rəis müavini Artur Poqosyan deyib.

Açar sözlər:

Oxunub: 740