Bakıda bağ evlərinə tələbat artıb


02:28     21 May 2018 18_05_20_1526841101.jpg

Havalar isindikcə əksər insanlar dənizkənarı bağ evlərində dincəlməyə üstünlük verirlər. Bəzi insanlar yay aylarında məhz bağ evlərini icarəyə götürərək orada qalırlar. Odur ki, şəhərətrafı bağ evlərini icarəyə götürmək istəyənlərin sayı artıb.

Əvvəlki aylarla müqayisədə bağ evlərini kirayə götürmək üçün müraciət edənlərin sayı 20 faiz artıb. Bununla bağlı rieltorlara gün ərzində xeyli müraciət daxil olur.

Rieltorlar müraciətlərin getdikcə çoxalacağını proqnozlaşdırırlar. Amma rieltorlar deyir ki, vətəndaşlar bağ evləri üçün müraciət edərkən bir sıra tələbləri olur. Bəzən sakinlər bağ evində mütləq hovuzun olmasını, bəziləri isə dənizə yaxın yerləşməsini istəyirlər. Qiymətə təsir göstərən əsas amillər də məhz bunlardır.

Rieltorlar deyir ki, birinci zonada yerləşən bağ evlərinin kirayəsi baha, ikinci zonada yerləşənlərin isə kirayəsi nisbətən ucuzdur. Baxmayaraq ki, ikinci zonada yerləşən bağ evləri də dənizə yaxın yerləşir.

Rieltorlar Assosiasiyasının sədr müavini Məhərrəm Babayevin sözlərinə görə, qiymət sabiq qalacaq və kəskin bahalaşma gözlənilmir. Onun sözlərinə görə, bəzi sakinlər bağ evini iyun, iyul və avqust ayları üçün kirayələsə, o zaman bağ sahibi ilə razılaşma əsasında qiymətdə müəyyən qədər endirimə gedilir.

Femida.az

Açar sözlər: #bakı   #bağ  

Oxunub: 1054