Maduro yenidən Venesuela prezidenti seçilib


13:19     21 May 2018 2018/05/3C49A1C9-E977-4C16-9B37-6A807A9D8568_1526879080.jpeg

Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.



Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.

Onun sözlərinə görə, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.

Müxalifət lideri Enri Falkon seçkilərin nəticələrini tanımadığını və sabah ölkəni tərk edəcəyini bəyan edib.

Beləliklə, N.Maduro 2025-ci ilədək Venesuela prezidenti vəzifəsində çalışacaq.

Femida.az

Açar sözlər: #Maduro   #Venesuela   #Prezident  

Oxunub: 1041