Bakıda qonşular arasında kütləvi dava - Bıçaqlanan var


13:16     21 May 2018 1367572794_dava-dalas.jpg


Bakıda qonşular arasında kütləvi dava olub.

Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsində 1989-cu il təvəllüdlü Rüstəmov İsmayıl Rəfael oğlu qonşuluğunda yaşayan həmyaşıdı ilə mübahisə edib. Mübahisəyə daha 3 nəfər də müdaxilə edib. Nəticədə İ.Rüstəmov 4 nəfər tərəfindən döyülərək kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Femida.az

Açar sözlər: #Bakı   #qonşu   #dava   #kriminal  

Oxunub: 1273