Polisin daha bir uğurlu əməliyyatı - 74 şübhəli şəxs TUTULDU

Polisin daha bir uğurlu əməliyyatı - 74 şübhəli şəxs TUTULDU


13:38     21 May 2018 1356524159_polis1_922155415.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 212 cinayət faktı qeydə alınıb, onların da 47-i “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Polis   #Axtarış   #Şübhəli   #Borclu  

Oxunub: 1231