Rusiya Ermənistana yeni raket kompleksi verəcək


14:24     21 May 2018 2018/05/Capture_1526883721.png


Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək.

Bunu Ermənistan Müdafiə Nazirliyinin Raket Hücumundan Müdafiə Qoşunları İdarəsi rəisinin müavini Artur Poqosyan yerli televiziyalardan birinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları yaxın aylarda Rusiya istehsalı olan “Tor” zenit-raket kompleksi ilə təchiz olunacaq.

Qeyd edək ki, bu sistem müasir zenit-raket komplekslərdən sayılır və şəxis heyət olmadan avtomatik rejimdə işləyə bilir./report

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #ordu   #silah   #raket  

Oxunub: 1194