Bayılda təhlükəli vəziyyət: bina çökür... - FOTO
14:49 21 May 2018
"Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb".
Femida.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 sm çöküb.
Ə.Qaralov qeyd edib ki, Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində vəziyyətin mütəmadi olaraq dəyərləndirilməsi üçün 11 mayak quraşdırılıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.
Teleqüllə sürüşmə sahəsindəki hazırkı vəziyyəti dəyərləndirən nazirlik rəsmisi əlavə edib ki, hazırda orada sürüşmə sahəsində stabil vəziyyət hökm sürür.
Qeyd edək ki, Bayıl yamacında - "Buxta 9" ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir.
Femida.az
Oxunub: 1280
Oxşar xəbərlər
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Marneulidə binanın eyvanı uçub, ölən və xəsarət alanlar var
- Bakıda çoxmərətəbəli yaşayış binası yanır
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Bakıda yaşayış binasında yanğın olub
- Bakıda yaşayış binasının tavanı uçub, 4 nəfər xilas edilib
- Azərbaycanda özünü binadan atan məktəbli KİŞİNİN BAŞINA DÜŞDÜ