Bakıda parkda qadına qarşı ZORAKILIQ
16:05 21 May 2018
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində D.Əliyeva küçəsindəki parkda 2 nəfərin ona zor tətbiq edərək pulunu və mobil telefonunu almağa cəhd göstərdiklərini, lakin səs-küy yarandığından aradan çıxdıqlarını bildirib.
DİN-dən Femida.az-a verilən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların paytaxt sakini Süleyman Quliyev və Salyan rayon sakini Mahmud İsmayılov olduqları müəyyən edilib.
Bakı şəhər sakini X.Məmiyev isə mayın 19-da saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onun 402 manatını və mobil telefonunu alması barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Asim Quliyev saxlanılıb. Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.
Femida.az
Oxunub: 2359
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb