Kolbasa satan iş adamı yenə hakim qarşısında


17:51     21 May 2018 mehk.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib.

O, hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Proses iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Rasim Cəfərquliyev “Sevimli dad”, “Min bərəkət” kimi kolbasa və sosiska satışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satıb. Bu işdə tanışı Kərim Əhəd də ona kömək edib.

Rasim Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib. Belə ki, qoyulan depozitlərlə alınan məhsullar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc götürəcəyinə söz verib.

Amma işlər düz gətirməyib və Rasim Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səbəbdən də depozit olaraq Rasim Cəfərquliyevə pul verən şəxslər ondan şikayət ediblər.

İş üzrə zərərçəkmiş ikisi “Royal Bank”ın filial müdiri olublar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1441