Azərbaycan-Serbiya sənədləri imzalanıb


18:59     21 May 2018 2018/05/15268976742952214397-1000x669-1_1526900727.jpg

Mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevin və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.


APA-nın məlumatına görə, “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyə Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzalayıblar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar imzalayıblar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Serbiyanın ədliyyə naziri Nela Kuburoviç imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.

Femida.az

Açar sözlər: #Azərbaycan-Serbiya  

Oxunub: 1128