Qadın ondan kömək istədi, o isə pulunu oğurladı


19:29     21 May 2018 qadin%20ogurluq1.jpg

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Gəgiran kənd sakini R.Axundova mayın 9-da onun bankların birindəki hesabından 340 manatının çıxarılaraq oğurlandığını bildirib.


DİN-dən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Kənarmeşə kənd sakini Əfqan Əkbərov olduğu, həmin gün bankomatdan pulunu çıxarmaq üçün kömək etdiyi qadının pulunu çıxardığını, lakin həmin məbləği dərhal mənimsəyərək pulun hesaba köçməməsi bəhanəsi ilə kartı yenidən qadına qaytardığı müəyyən edilib.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1460