Bakıda güclü partlayış: Ölən var


19:52     21 May 2018 18_05_21_1526903573.jpg

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, “Elite” ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.

YENİLƏNİB

Bakıda kafedə partlayış nəticəsində iki nəfər ölüb.
Ölən şəxslərin meyitləri tanınmaz haldadır.
Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

Açar sözlər: #partlayış   #terror   #bakı   #hadisə  

Oxunub: 4747