Səhiyyə Nazirliyi partlayışla bağlı məlumat yaydı - Yanıb ölənlər var


20:13     21 May 2018 6_xestexana8.jpg

Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.


Bu barədə Femida.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə zamanı iki yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Açar sözlər: #Yanğın   #Səhiyyə  

Oxunub: 2329