2 nəfər ölüb, 2 nəfər yaralanıb + ADLAR (YENİLƏNİB)


20:18     21 May 2018 yangin_38673636.jpg

Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.



Femida.az -ın əldə etdiyi məlumata görə, ölən şəxslər Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.
Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir.

YENİLƏNİR...


Miri Məcidli
Femida.az


Açar sözlər: #Yanğın   #bakı   #Kriminal  

Oxunub: 5239