Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb
01:57 22 May 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder ilə arasında görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, S.Babayev Azərbaycanın BƏT-ə üzv olduqdan sonrakı dövrdə təşkilatın baş direktorunun ölkəmizə ilk səfəri olduğunu bildirib.
Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası, o cümlədən hər kəs üçün tam və səmərəli məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü dövlət siyasətinə malik olduğunu, bu sahədə BƏT-lə də faydalı əməkdaşlıq müstəvisinin formalaşdığını bildirib.
S.Babayev 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramında əhatə olunan prioritetlər üzrə əməkdaşlığın, əmək müfəttişliyi sisteminin və məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılması, özünüməşğulluq proqramının icrası və genişləndirilməsi, əmək bazarının tənzimlənməsi kimi vacib istiqamətlərdə əməkdaşlıq təcrübəsinin gələcəkdə uğurla davam etdiriləcəyini qeyd edib.
Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, yoxsulluğun azaldılması, məşğulluğun təminatı sahəsində Azərbaycanda əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. O, BƏT-in qlobal önəm kəsb edən təşəbbüsləri və layihələri ilə bağlı ölkəmizin daim fəal və işgüzar mövqe tutmasından və bu təşkilatla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib. Q.Rayder Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən məqsədyönlü islahatların bundan sonra da BƏT tərəfindən dəstəklənəcəyini vurğulayıb.
Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə dair yekdil fikir ifadə olunub.
Femida.az
Oxunub: 1850
Oxşar xəbərlər
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Sahil Babayev: "Bu il 30 mindən çox əlil işə götürülməlidir"
- Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub
- Sahil Babayev: “Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var”
- Liviya sahillərində 75 miqrant boğularaq ölüb
- Sahil Babayev: "SSRİ dövründə çalışaraq pensiya alanların 18 il stajı var"
- Sahil Babayev: "Bu günə qədər 10 minədək şəhid ailəsi və qazi işə cəlb edilib"