Həmkəndlisinin evini yaran şəxs tutulub


01:18     22 May 2018 ogrular.jpg

Aprelin 20-də Hacıqabul rayonu Meyniman kənd sakini Nüsrət Nəsirov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən qızıl-zinət və məişət əşyalarınını oğurlanması barədə məlumat verib.


DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının və 100 manat dəyərində məişət avadanlıqlarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 26 yaşlı Rövşən Hümbətov saxlanılıb. Dindirilmə zamanı R.Hümbətov törətdiyi cinayəti etiraf edib. Oğurladığı əşyaların hamısı ondan maddi sübüt kimi götürülüb. Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: Oğru   Həmkəndli   Kürdəmir  

Oxunub: 1337