Bakıda evdən 35 min manatlıq OĞURLUQ

Bakıda evdən 35 min manatlıq OĞURLUQ


15:34     22 May 2018

Bakı şəhərində evdən 35 min manatlıq qızıl oğurlayan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oğurluq etdiyi üçün tutulmuş Ozal Nuriyevin ətrafında Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin mart ayında rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları və 35000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər: #Oğurluq   #Ev   #Dollar   #Polis  

Oxunub: 694