Tibb Universitetinin tələbələrinə ŞAD XƏBƏR

Tibb Universitetinin tələbələrinə ŞAD XƏBƏR

12:19     22 May 2018 2018/05/Tibb_1526977375.jpg

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər.



ATU-dan Femida.az-a verilən məlumata görə, bu haqda Universitetin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib.

Məktubda qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Beləliklə Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.

Bununla bağlı müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq fakültəsinin tələbələri isə 4-cü kursu bitirdikdən sonra ATU-nun klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.

Femida.az

Açar sözlər: #ATU   #Klinika   #Universitet  

Oxunub: 1090