Əhəd Abıyevdən sensasion təkzib:"Qoyun sürülərini gətirən çobanlara..."


16:27     22 May 2018 ehed%20abiyev9.jpg

Əhəd Abıyevin Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağı barədə yayılan xəbərlərə rəsmi reaksiya gəlib.


Femida.az -a verilən məlumata görə,yayılan informasiya yalandır.

"Əhəd Abıyev bildirdi ki, mənim Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağımla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil, yalandır, şayiədən ibarətdir.
Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır.
Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir.
Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm.", deyə məlumatda qeyd olunur.


Miri Məcidli
Femida.az


Açar sözlər: #Əhəd_Abıyev   #Daşkəsən  

Oxunub: 9288