IV qrupun imtahan cavabında səhv - DİM dəyişiklik etdi


18:40     22 May 2018 dim%20tqdk.jpg

20 may tarixində IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş riyaziyyat fənni üzrə 25-ci test tapşırığının etalon cavabında dəyişiklik edilib.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, 20 may tarixində IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş riyaziyyat fənni üzrə 25-ci test tapşırığının etalon cavabında edilən dəyişikliyə əsasən, uyğunluqdakı 3dc cavabı 3d cavabı ilə əvəz olunub.

Açar sözlər: #DİM   #İmtahan  

Oxunub: 2140