Turanbanka basqın edən şəxsin məhkəməsi başladı

"Turanbank"a basqın edən şəxsin məhkəməsi başladı


18:55     22 May 2018 2018/05/3761c521-7bea-4660-80b3-576ea1c242b5_1526986745.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

N. Məmmədovun işinə yeni qoşulan vəkil cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses mayın 29-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı sakini Nazim Məmmədov "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb etməkdə təqsirləndirilir.

N. Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunaraq tutulub.

Femida.az

Açar sözlər: #Turanbank   #basqın   #şəxs   #məhkəmə  

Oxunub: 1408