Bakıda dəhşət - Yolun ortasında özünü maşın qarışıq yandırmaq istədi +VİDEO

Bakıda dəhşət - Yolun ortasında özünü maşın qarışıq yandırmaq istədi +VİDEO

15:12     22 May 2018 18_05_22_1526988097.jpg

Bu gün səhər saat 09:00 radələrində Ziya Məmmədov prospektiylə Qara Qarayev peospektini birləşdirən körpüdə (Koroğlu stansiyasına yaxın) intihara cəhd hadisəsi baş verib.



Femida.az xəbər verir ki,hadisə şahidlərinin Modern.az-a verdiyi məlumata görə, bir nəfər orta yaşlı kişi əlində benzin avtomobil qarışıq özünü yandırmaq istəyib. Polislərin müdaxiləsinə baxmayaraq, şəxsi fikrindən daşındırmaq mümkün olmayıb. O, avtomobilə od vuraraq yandırıb və hadisə yerindən qaçmağa başlayıb.

Yolda uzun bir tıxac yaransa da, Nizami rayon polis idarəsinin əməkdaşlarının səyi nəticəsində hadisə insan tələfatı olmadan ötüşüb. Avtomobilin salonun tamamilə yandığı bildirilir.


Açar sözlər: #Polis   #yanğın   #hadisə   #youTube   #Video  

Oxunub: 5256