Gözətçilər qoruduqları mağazanı soyub

Gözətçilər qoruduqları mağazanı soyub

15:35     22 May 2018 ogurluq%20magaza.PNG

Mayın 20-də Gəncə şəhər sakini gecə saatlarında ərazidə xidmət aparan polis əməkdaşına yaxınlaşaraq bildirib ki, ona məxsus mağazadan ümumi dəyəri 1000 manat təşkil edən müxtəlif geyim oğurlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Elvin Bağırov, əvvəllər məhkum olunmuşlar Elçin Xeyirxəbərov və Tural Əliyev maddi sübutlarla birlikdə yaxalanaraq Kəpəz RPİ-nə gətirilib.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Qeyd edək ki, saxlanılan şəxlər mağazanın yerləşdiyi ticarət mərkəzində gözətçi işləyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 892