Su sayğaclarının yeri dəyişdiriləcək

Su sayğaclarının yeri dəyişdiriləcək

15:44     22 May 2018 2018/05/su-saygaci_1526989548.jpg

Azərbaycanda su sayğaclarının mənzillərdən çıxarılması prosesi davam edir.


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, son illər aparılan işlər nəticəsində 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb: "Hazırda daha 2000-ə yaxın binadakı sayğaclar binaların pilləkən qəfəslərinə çıxarılacaq. Daxili xətlər yenidən çəkilir və sayğaçlar qəfəslərdə quraşdırılır. Bunun üçün 15 milyon manat vəsait ayrılıb".

Femida.az

Açar sözlər: #Sayğac   #Azərsu  

Oxunub: 1118