Məzuniyyətə gələn hərbçimiz faciəli şəkildə öldü

Məzuniyyətə gələn hərbçimiz faciəli şəkildə öldü

15:49     22 May 2018 1359952125_qeza-avariya-main.jpg

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Femida.az

Açar sözlər: #Məzuniyyət   #Hərbçimiz   #Beyləqan  

Oxunub: 4217