ETSN Daşkəsəndə reyd keçirib


20:05     22 May 2018 EKOLOGIYA%20VE%20TEBII.PNG

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib.

Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün R.Süleymanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1183