Əkin sahəsindən kartof oğurlandı

Əkin sahəsindən kartof oğurlandı

16:17     22 May 2018 2018/05/kartofff_1526991502.jpeg

Astara rayonunda əkin sahəsindən kartof və sarımsaq oğurlanıb.



Hadisə rayonun Ərçivan kəndində baş verib.

Kənd sakini 1965-ci il təvəllüdlü Məzahir Rza oğlu Qasımov bildirib ki, həyat yoldaşı və oğlu günorta saatlarında sahəyə getdikdə becərdikləri kartofun torpaqdan çıxarılaraq oğurlandığını görüblər. Zərərçəkmiş pay torpağından 100 kq-dan artıq kartof aparıldığını bildirib.

Digər Ərçivan sakini Püstə Baxşıyeva da eyni halla üzləşib. Naməlum şəxs və ya şəxslər P. Baxşıyevanın əkin yerindən 50 kq sarımsaq oğurlayıblar.

Hər iki kənd sakini, məsələ ilə bağlı DİN-in “102 zəng mərkəzi”nə və Astara Rayon Polis Şöbəsinə məlumat veriblər.

Femida.az

Açar sözlər: #kartof   #oğurluq  

Oxunub: 933