Bayılda vəziyyət necədir?


20:23     22 May 2018 2018/05/bayil1_1526992955.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacındakı sürüşmə sahəsində 11 mayak quraşdırıb. Onlara müntəzəm baxış keçirilir. Monitorinqlərin nəticələrinə görə, hazırda sürüşmə sahəsində vəziyyət stabildir, ciddi dəyişiklik və aktivlik qeydə alınmayıb.



Bu barədə Femida.az-a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Xatırladaq ki, mayın 15-də Səbail rayonunda yerləşən Bayıl yaşayış sahəsi, Buxta küçəsində sürüşmə prosesi baş verib. Nəticədə üç ev tamamilə dağılıb, 22 evin sakini isə köçürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1046