Əmək Məcəlləsinə dəyişiklik edilir


21:09     22 May 2018 1442822061_milli-meclis.jpg

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Məcəlləyə yeni 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Yeni maddəyə görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertfikasiyaya cəlb edilirlər.

Hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçrilmir.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertfikasiyadan keçmiş şəxslər sertfikasiyadan keçirilmirlər.

Sertfikasiyadan “Təhsil haqqında” qanununa uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Müzakirələrdən sonra dəyişiklik plenar iclasa tövsiyə olunub.

Femida.az

Açar sözlər: #Milli-Məclis   #Əmək   #Pedaqoji  

Oxunub: 1533