İmtahan nəticələri açıqlandı - 3 abituriyent 700 bal toplayıb

İmtahan nəticələri açıqlandı - 3 abituriyent 700 bal toplayıb


21:18     22 May 2018 1438165809_imtahan-2.jpg

Ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri ötənilki səviyyədədir.


Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, I qrup üzrə 2 nəfər, IV qrup üzrə isə 1 nəfər 700 bal toplayıb: “Bu, yaz imtahanın nəticəsidir. Yay imtahanında nəticələrin daha da yüksələcəyini gözləyirik. Bu il imtahanlarda abituriyentlərin ikinci imtahan vermək şansı ilə yanaşı, ixtisas qruplarını da dəyişmək şansı var”.

Femida.az

Açar sözlər:

Oxunub: 1744