Sabah bu ərazilərdə qaz olmayacaq
22:51 22 May 2018
Sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Femida.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, fasilələr Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315 mm-lik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədardır.
Bildirilib ki, görülən işlərin Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə eləcə də 7 və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Femida.az
Oxunub: 1266
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Britaniya kəşfiyyatı: “Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan bəyanatlar verib”
- Avropada təbii qazın qiyməti yüksəlib