Strasburqda tədbir keçirildi - Cümhuriyyətin 100 illiyinə görə

Strasburqda tədbir keçirildi - Cümhuriyyətin 100 illiyinə görə

17:51     22 May 2018 2018/05/IMG_9538_1526997064.jpg

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunur.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, şanlı Cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov və BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov Avropanın bir sıra şəhərlərində - Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) tədbirlər keçiriblər. Strasburqda baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov AXC-nin tarixi, qurucuları, ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, onun layiqli davamçısı prezident İlham Əliyevin apardığı siyasəti barədə danışıb. O, son illər Azərbaycanın iqtisadi inkişafından, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artmasından bəhs edib.

Daha sonra SOCAR-ın hazırladığı promo video çarx nümayiş etdirilib. Tədbirin təşkilatçısı A.Əhmədov isə çıxışında Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından da danışıb.

K.Dadaşov SOCAR-ın ölkədaxili və ölkəxarici layihələri, A.Əhmədov isə prezident İlham Əliyevin turizmə qayğısı, Azərbaycanın turizm potensialı və Azərbaycanda keçirilən mühüm tədbirlər barədə məlumat verib, tələbələrin sualları cavablandırılıb. Tədbirlərin sonunda iştirakçılara Azərbaycan nemətləri təqdim edilib, çay süfrəsi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 952