Prezidentə Hindistandan təbrik gəldi

Prezidentə Hindistandan təbrik gəldi

19:55     22 May 2018 Prezident%20(2).jpg

Hindistan prezidenti Ram Nat Kovind Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.


Femida.az -ın məlumatına görə, məktubda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azərbaycan prezidentini 28 May-Respublika Günü münasibəti ilə həmçinin Norveçin kralı V Harald, İsveçin kralı Karl Qustav və Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov təbrik ediblər.

Açar sözlər:

Oxunub: 1094