OPEK neft hasilatının həcmini artıracaq


13:03     23 May 2018 OPEK.jpg

OPEK-in iyunda keçiriləcək iclasında neft hasilatı həcminin artırılmasına dair qərar qəbul edilə bilər.



Femida.az-ın xəbərinə görə, bu barədə “Röyters” OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb.

“Bütün variantlar nəzərdən keçirilir”, - deyə Fars körfəzi ölkələrindən birindəki mənbə agentliyə bildirərək, hasilatın artırılmasına dair qərarın OPEK-in iyun sammitində veriləcəyini bildirib. Mənbə hasilatın həcminin nə qədər artırılacağı ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.

Mənbə əlavə edib ki, neft hasilatı həcminin artırılması məsələsi bu həftə Sankt Peterburqda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ müvafiq nazirləri tərəfindən müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 733