İsrail Qəzza zolağına raket zərbəsi endirdi


13:09     23 May 2018 2018/02/israil-qezza_1517647891.jpg

İsrail Hərbi-Hava Qüvvələri Qəzza zolağına raket zərbəsi endirib.

Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raketlər liman və HƏMAS-a məxsus hərbi obyektlərə tuş gəlib.

Yerli KİV-lərin məlumata görə, Qəzza limanına endirilən zərbə nəticəsində iki kater sıradan çıxıb. Raket zərbələri həmçinin HƏMAS-ın Qəzza zolağının şimalındakı obyektlərinə endirilib.

Femida.az

Açar sözlər: İsrail   Qəzza   Raket   HƏMAS  

Oxunub: 806