Sabirabadda narkotik əkən yeniyetmələr saxlanıldı


14:10     23 May 2018 cinayetkar%20usaq.jpg

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkarlanması istiqamətində tədbirlər görülüb.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a bildirilib ki, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib, oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkarlanaraq, götürülüb.

Faktla bağlı RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb. Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Sabirabad   #narkotik   #yeniyetmə  

Oxunub: 1149