ABŞ-dan AXC-nin 100 illiyi ilə bağlı daha bir bəyannamə


14:24     23 May 2018 2018/05/beyan-1527056023_1527056793.jpg

ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Femida.az-a verilən məlumata görə, konsulluğa ünvanlanmış bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.





Femida.az

Açar sözlər: #ABŞ   #Bəyannamə   #Konsulluq  

Oxunub: 1597