Sumqayıt hələ belə dələduz görməyib: Bir sifarişlə 2500 manatı..


15:20     23 May 2018 2018/04/telefon_1523961047.jpg

Dələduzluqla məşğul olub, cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan edilmiş Bakı şəhər sakini Göygöldə həbs edilib.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a bildirilib ki, bu ilin yanvarın 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib, Qax rayonuna göndərilməsini istəyib, məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib.

Hadisənin araşdırılması üçün məsələ aidiyyəti üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat tədbiri nəticəsində həmin şəxsin əvvəllər də məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini Babək Həsənov olduğu müəyyənləşib. Qax və Göygöl RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat –axtarış tədbirləri nəticəsində dələduzluğu törətmiş şəxs Göygöl rayonunun Mixaylovka kəndində saxlanılaraq İstintaqa təhvil verilib.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, Babək Həsənovun digər cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: #Sumqayıt   #Qax   #Göygöl   #Sifariş   Dələduz  

Oxunub: 3509