Qaçırdığı maşınla qəza törətdi


15:37     23 May 2018 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib2.jpg

Mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılmış və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, nəticədə xəsarət alan olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Qəza   #Bakı  

Oxunub: 942