Gənc ailə başçısı özünü öldürdü


15:39     23 May 2018 intihar7.jpg

Bakıda intihar hadisəsi baş verib.


Xətai rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi ev 101, mənzil 57 ünvanında qeydə alınıb. Orada yaşayan 1989-cu il təvəllüdlü Zagirbəyov Samir Tahiroviç özünü 6-cı mərtəbədən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, intihar edən şəxs ailəli olub. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər: #Bakı   #İntihar   #Hadisə  

Oxunub: 1149