“Nikahların pozulmasına çox vaxt “Facebook” səbəb olur” - Hadi Rəcəbli


15:46     23 May 2018 hadi%20recebli.jpg

“Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”.

Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O bunu acınacaqlı hal adlandırıb.

Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq da azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.

H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.

Femida.az

Açar sözlər: #Facebook   #Nikah   #Komitə   #Boşanma  

Oxunub: 1405