"Vəkillərin sayı 1500 nəfərə çatacaq" - Anar Bağırov


16:19     23 May 2018 2018/04/anar-bagirov-femida,az_1522996738.jpg

"Azərbaycanda ilk dəfə olaraq vəkillərin sayı 1100 nəfəri ötüb".


Femida.az-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 1128 nəfər vəkil fəaliyyət göstərir: "Vəkillər Kollegiyası bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək. Ümid edirik ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı 1500 nəfərə çatacaq".

Femida.az

Açar sözlər: #Vəkil   #Kollegiya   #Anar-Bağırov  

Oxunub: 1994