Şəhidimizin medalı ailəsinə verildi

Şəhidimizin medalı ailəsinə verildi

12:24     23 May 2018 2018/05/tatarov_1526982653.jpeg

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.


Femida.az-ın xəbərinə görə, medalı bu gün, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

Femida.az

Açar sözlər: #Şəhid   #Ağstafa   #General-leytenant  

Oxunub: 1056