"Azərbaycanda Aliment Fondu yaradılsın" - Deputatdan TƏKLİF
16:30 23 May 2018
Əvvəllər Azərbaycanda 5 uşaqlı var idisə, indi çoxuşaqlı ailələrdə 3 uşaq olur. Ona görə də çoxuşaqlı ailə məfhumu anlayışında 3 uşağa ensək, düzgün olar.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur.
H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl 1 ay vaxt verilir: "Həmin 1 ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq".
Komitə sədri qeyd edib ki, Azərbaycanda Aliment Fondunun yaradılması da yaxşı olar.
O, bunu da əlavə edib ki, Azərbaycanda 620 min əlil var. Onun 200 min nəfərdən çoxu uşaqlıqdan əlildir.
Femida.az
Oxunub: 1583
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir