Çətənə kolları yetişdirən şəxs saxlanılıb


17:00     23 May 2018 cetene_kolu_0018.jpg

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.



DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-ın xəbərinə görə, mayın 22-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini U. Ağayevaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.



Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 35-50 sm olan 2153 ədəd çətənə kolu, evin eyvanından və qaraj hissəsindən isə hündürlüyü 100-120 sm olan dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu, çətənə bitkilərinin toxumu və qablaşdırmaq üçün istifadə olunan kibrit qutuları aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı həmin qadın çətənə kollarını özünün becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #Xaçmaz   #Çətənə   #Kol   #Polis   #Kannabis  

Oxunub: 1160