Zakir Həsənov NATO generalları ilə görüşüb - FOTO
17:13 23 May 2018
Mayın 23-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən Z. Həsənov vurğulayıb ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Alyansın müxtəlif proqramlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında daim iştirak edirlər.
Qonaqlar Azərbaycanın NATO üçün vacib tərəfdaş olduğunu qeyd edərək Alyansın qərargahlarında xidmət keçən, müxtəlif proqramlarında iştirak edən Azərbaycan zabitlərinin bilik və bacarığını yüksək qiymətləndiriblər.
Ordumuzun şəxsi heyətinin yüksək peşəkarlığından və hazırlığından məmnun qaldıqlarını bildirən qonaqlar xüsusi qeyd ediblər ki, NATO-nun proqramları çərçivəsində keçirilən müxtəlif tədbirlərdə öz bilik və təcrübələrini bölüşən Azərbaycan zabitləri digər ölkələrdən olan həmkarları üçün layiqli nümunədirlər.
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə üzrə səhra təlimini izləmək üçün ölkəmizdə olan qonaqlar əvvəlki illərdə olduğu kimi bu dəfə də təlimin uğurla başa çatacağına əminliklərini bildiriblər.
Femida.az
Oxunub: 1225
Oxşar xəbərlər
- KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
- Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”
- Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
- KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- NATO Baltik dənizi regionunda təlimlər keçirəcək
- NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcək
- İsveç NATO-ya üzvlük üçün müraciət etməklə bağlı qərar qəbul edib
- İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib
- NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"