XƏBƏRDARLIQ: Həftəsonu hava pisləşəcək


17:48     23 May 2018 EKOLOGIYA%20VE%20TEBII.PNG

ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Femida.az

Açar sözlər: #Ekologiya   #Yağış   #Şimşək  

Oxunub: 1168