“Kapital Bank”ı soymaq istədi - Tutuldu


18:09     23 May 2018 2018/05/kapitalbank_3054140498.jpg

Nəsimi rayonunda banklardan birinin filialının giriş qapısını sındıraraq oğurluq etmək isdəyən şəxs mühafizə polisləri tərəfindən tutulub.



Femida.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan “Kapital Bank”ın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyən edilib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, təxminən bir ay öncə Yasamal rayonunda yerləşən “Kapital Bank”a məxsus bankomatı laqunda ilə kəsib içindən külli miqdarda pul oğurlayan şəxslər hələ ki, tapılmayıb.



Femida.az

Açar sözlər: #Kapital-Bank   #bankomat   #həyəcan  

Oxunub: 1649


Oxşar xəbərlər